DSMF-dən vətəndaşlara MÜRACİƏT

 10:00 04.11.2021     634

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən Redaktor.az-a verilən məlumata görə, noyabrın 1-dən respublika üzrə birdəfəlik sosial ödənişlər - dəfn üçün müavinət; uşağın anadan olmasına görə müavinət; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır.

Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən