"Biz Ermənistana sülh müqaviləsi üzərində işləməyə başlamağı təklif etmişik" - İlham Əliyev

“Biz indi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Biz müharibə haqqında yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ ki cavabını almayıb”, - deyə dövlət başçısı vurğulayıb.