AMEA-da yeni TƏYİNATLAR

 16:50 04.11.2021     141

Bu gün AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda bir sıra kadr məsələlərinə də baxılıb.

Akademik Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun, AMEA-nın müxbir üzvü Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin Ev Muzeyinin, filologiya elmləri doktoru Nadir Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, tarix elmləri doktoru Abbas Seyidov isə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun Zoologiya İnstitutunun direktoru vəzifəsini icra etmə müddətinin isə uzadılması qərara alınıb. Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təsdiq olunublar.

Həmçinin, Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar verilib, tarix elmləri doktoru Qafar Cəbiyev Mərkəzin rəhbəri təyin olunub.