Nazir şöbə müdirini işdən çıxardı

Mədəniyyət Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Zemfira Hüseynbəyli vəzifəsindən azad olunub.
Redaktor.az xəbər verir ki, məlumatı Trend-ə Mədəniyyət Nazirliyindən təsdiqləyiblər.
Z.Hüseynbəylinin öz ərizəsi əsasında işdən ayrıldığı bildirilib.
Qeyd edək ki, Zemfira Hüseynbəyli ötən ilin sentyabr ayında bu vəzifəyə təyin edilmişdi.