"Azəriqaz" Novxanı sahibkarlarının problemini dinləyəcək 

 18:16 04.11.2021     161

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Abşeron rayonunda təşkil olunacaq.

Redaktor.az xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Novxanı kəndində (Dəmiryolu stansiyasının yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” noyabrın 5-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.