Məktəblərdə koronavirusa görə tətil elan olunacaq? - Prezidentin köməkçisindən açıqlama

 18:51 04.11.2021     262

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda məktəblərdə koronavirusun yayılması ilə əlaqədar tətil elan olunub-olunmayacağına münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, o deyib ki, Təhsil Nazirliyi tərəfindən xüsusi protokoldan istifadə edilir: “Əgər sinifdə kimsə koronavirusa yoluxubsa, həmin sinif bağlanır, müəllimlər xəstələnirsə, məktəb bağlanır və 2 həftəlik distant təhsilə keçirilir. Bu protokola əsasən, təhsildə idarəetmə həyata keçirilir. Əsas göstərici xəstəxanalarda əlavə yerin olub-olmaması ilə bağlıdır. Xəstəxanalarda yerlər varsa, deməli bizim səhiyyə sistemimizin xəstələri qəbul etmək imkanı var və qapanmaya getməyə ehtiyac yoxdur”.

Prezidentin köməkçisi qeyd edib ki, koronavirusun yayılması ilə bağlı məktəblərdə tətil elan edilməsi nəzərdə tutulmur: “Ümumilikdə isə tətillər adi qaydada noyabrın ortalarına nəzərdə tutulur” (apa).