Baş Prokurorluq AMEA ilə bağlı məlumat yaydı

 19:12 04.11.2021     115

Milli Elmlər Akademiyasının “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilmiş, digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.

Redaktor.az xəbər verir ki, bu barədə KİV-dən daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı hazırda davam etdirilir.