Həbs olunan Xəyyam Abdinovla bağlı açıqlama

 20:59 04.11.2021     358

Müasir İncəsənət Muzeyinin yeni direktoru Rövlan Əliyev sabiq direktor Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az-ın məlumatına görə, o "qafqazinfo"ya açıqlamasında bildirib ki, Xəyyam Abdinov uzun muddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub: “Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, bu gün yayılan məlumata görə, Müasir İncəsənət Muzeyinin eks-direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.