Tural Gəncəliyev erməni deputatlara siyasət dərsi keçdi

 23:30 04.11.2021     432

ATƏT Parlament Assambleyasının bir qədər əvvəl keçirilən onlayn payız sessiyasında “Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət” mövzusu müzakirə olunan vaxt Ermənistandan olan deputatlar ölkəmizin ünvanına yenə də qarayaxma kampaniyası aparmağa cəhd göstərib və bir sıra sərsəm ifadələr səsləndiriblər.

Redaktor.az xəbər verir ki, qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü deputat Tural Gəncəliyev erməni deputatları kəskin tənqid edib.

Millət vəkili ATƏT-in Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı olduğunu, sözoyunu meydanı olmadığını ermənilərin diqqətinə çatdırıb.

Tural Gəncəliyev erməni deputatları sərt formada qınayaraq onlara uşaq xəyalları ilə yaşamağı deyil mövcud reallığı qəbul etməyi tövsiyyə edib.