Hulusi Kılıç "YAŞAT" Fonduna 12 000 manat ianə etdi

 10:02 05.11.2021     333

Türkiyənin Azərbaycanda sabiq səfiri Hulusi Kılıç “YAŞAT” Fonduna ianə edib.

Redaktor.az xəbər verir ki, o, Bakıda keçirilən “Zəfər Yarmarkası"nı ziyarət edib.

Yarmarkada nümayiş edilən hərbi texnikalarla tanış olan H.Kılıç “YAŞAT” Fonduna pul köçürüb. Ümumilikdə o, bu günə qədər kitab satışından əldə etdiyi gəlirlərdən Fonda 12 min manat ianə edib.