Milli Məclis İlham Əliyevi təbrik etdi

 11:04 05.11.2021     266

“Noyabrın 8-də xalqımız Zəfər Gününü qeyd edəcək. İcazə verin bu Zəfəri bizə bəxş edən Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və qazilərimizi təbrik edək”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputatlar Vətən müharibəsi və I Qarabağ müharibəsinin şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər.