Toylara görə həbs olunanların sayı açıqlandı

Ölkə üzrə xüsusi karantin rejim dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb, 38 nəfər inzibati həbs olunub, 2822 nəfər cərimələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkədə məlumat yayıb.
Qeyd olunub ki, onlardan 1835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52.353 toy şənliklərinə buraxılmayıb.