Şuşaya nə zaman qaz çəkiləcək? - RƏSMİ AÇIQLAMA

 12:07 05.11.2021     448

Şuşa şəhərinin işğaldan azad edilməsindən az qala bir il ötür. Qarabağın incisi olan Şuşa şəhərinə artıq yenidən həyat qayıdır. Dövlət başçımızın da dediyi kimi biz o əraziləri yenidən dirçəldib, orada yeni həyat quracağıq. Şuşa əhalisinin oraya qayıtması üçün ən vacib məqamlardan biri kommunal xidmətlərin bərpasıdır.

Bəs görəsən, Şuşa şəhərinin qazlaşma prosesinə nə vaxt start veriləcək?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev cavablandırıb. O bildirib ki, Şuşa şəhərinin qazlaşma layihəsi “Azəriqaz”ın birinci mərhələsində nəzərdə tutulub:

“Nümayəndələrimiz Şuşa şəhərindədir və layihələndirilmə işi ilə məşğul olurlar. Lakin qazlaşma prosesinin gələn il, yaxud növbəti il başlayacağı dəqiq deyil. Şuşa şəhəri ən birinci mərhələdə nəzərdə tutulub”.

Şəbnəm Mehdizadə