"Amnistiya ilə bağlı qərar bu gündən qüvvəyə minəcək" - I Vitse-spiker

"Biz əminik ki, amnistiya ilə bağlı qərar bu gündən qüvvəyə minəcək".
Redaktor.az xəbər verir ki, bunu qərar layihəsini təqdim edən Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
"Əminik ki, bu qərar deputatlarımız tərəfindən müsbət qarşılanacaq. Bununla da minlərlə şəxs azadlığa qovuşacaq", - o əlavə edib.