Qazın qiyməti aşağı salına bilərmi? - "Azəriqaz" rəhbərindən AÇIQLAMA

 13:39 05.11.2021     1669

“Əhalinin 40 faizi 1200 kuba kimi aşağı limitdən istifadə edir".

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev bu gün keçirdiyi "Açıq qapı" aksiyası çərçivəsində jurnalistin regionlarda qazın qiymətinin aşağı salınmasının mümkünlüyü barədə sualını cavablandırarkən bildirib.

"Dövlət qazın satışı, hasilatı, yəni ümumilikdə qaz səbətindən heç bir gəlir əldə etmir. Əsas məqsəd bu prosesdə səmərəliliyin əldə olunması və dövlətin zərər çəkməməsidir. Dövlət qaz satışından gəlir əldə etmək fikrində deyil”, - deyə Baş direktor qeyd edib.

Şəbnəm Mehdizadə