Azərbaycanda iki yeni medal təsis edilir

 13:46 05.11.2021     548

Azərbaycanda iki yeni medal təsis edilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)”, “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalının təsis olunacaq.

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq qəbul edilib.