Azərbaycanda daha bir xəstəxananın direktoru işdən çıxarıldı

 15:41 05.11.2021     414

“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

O, bu vəzifəyə 1 il əvvəl təyinat almışdı.

Şirvan RMX-dan bildirilib ki, xəstəxananın direktoru İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyin olmadığı da qeyd olunub (apa).