Prezident kəşfiyyatçı giziri orden və medallarla təltif etdi - VİDEO

 18:46 05.11.2021     821

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, təltif edilənlər arasında ötən ay nəşi tapılaraq dəfn edilən şəhid gizir İxtiyar İlqar oğlu da var.

O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, həmçinin “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, İxtiyar İlqaroğlu 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan İxtiyar İlqaroğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İxtiyaroğlu oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun nəşi 1 il sonra tapılaraq ailəsinə təhvil verilib. Şəhidimiz ötən ayın 14-də Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

Ailəli olub, övladı yoxdur.

T.İSMAYIL

2