Elmlər Akademiyasına yeni birinci vitse-prezident seçildi

 22:39 05.11.2021     322

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katib vəzifələrini icra edən şəxs məlum olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda akademik Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.