ABŞ səfirliyi Erika Olsonla bağlı məlumat yaydı

 23:19 05.11.2021     305

ABŞ səfirliyi ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.

Redaktor.az-ın xəbərinə görə, məlumatda deyilir ki, ABŞ-ın Bakıdakı Səfirliyi Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin müavin köməkçisi Erika Olsonu Bakıda salamlamaqdan məmnundur:

"Xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək, həmçinin Bakı şəhəri ilə bir az tanış olmaq şansı əldə edəcək".