ABŞ Azərbaycana 500 min dollar ayırdı - SƏBƏB

 10:37 06.11.2021     239

ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə Redaktor.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur.iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir.

ABŞ-ın maliyyə yardımı təhlükə mənbəyi olan mina və partlamamış sursatların zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatların texniki bacarıqlarının inkişafına təkan verəcək. Bu səylər insanların təhlükəsizliyinin təminatı və məcburi köçkünlərin öz torpaqlarına qayıdaraq yeni həyat qurulması üçün vacib rol oynayır.

Birləşmiş Ştatlar dünyada adı silahların məhv edilməsi sahəsində ən çox maliyyə ayıran dövlətdir. ABŞ 1993-cü ildən bəri beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox dövlətə 4 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu vəsait mina və partlamamış sursatların mülki əhaliyə yaratdıqları təhlükələrin ünvanlanması üçün istifadə olunub. Erika Olson Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda yeni təyin olunmuş dövlət katibinin köməkçisinin müavinidir. O, regional əməkdaşlığın inkişafı, habelə, ikitərəfli münasibətlərin irəliləməsiməsələlərinin müzakirəsi məqsədilə Ermənistana, Azərbaycana və Gürcüstana səfər edir.