Azər Kərimli Baltik Assambleyasının medalı ilə təltif olundu - FOTO

4-5 noyabr 2021-ci il tarixlərində Litvanin Vilnüs şəhərində Baltik Assambleyasının 40-cı sessiyası keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Azər Kərimli və GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin indiki rəhbəri Elnur Allahverdiyev iştirak edib.
Sessiya çərçivəsində 4 noyabr tarixində Baltik Assambleyası Mükafatlarının təntənəli təqdim edilməsi mərasimi baş tutub.
Qeyd edək ki, deputat Azər Kərimli Baltik Assambleyası və GUAM PA arasında əməkdaşlıqda Azərbaycan nümayəndə heyətinin verdiyi töhfələrə və iki qurum arasında münasibətlərin inkişafı istiqamətindəki xidmətlərə görə Baltik Assambleyasının medalı ilə təltif olunub.




