Şəhid polkovnik-leytenantın atası vəfat etdi
Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qənbərovun atası Nəriman Qənbərov dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, bu barədə şəhidin qardaşı Cavid Qənbərov məlumat verib. O, atasının şəkər xəstəliyindən vəfat etdiyini bildirib.
Bu gün səhərə yaxın N.Qənbərov şəkərdən komaya düşüb və qəfil dünyasını dəyişib (qafqazinfo).













