Bakıda narkotik satan taksi sürücüsü tutuldu

 14:33 06.11.2021     279

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb.

Redaktor.az  xəbər verir ki, onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Fuad Rəsulov barəsində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalara başlanılıb. Fuad Rəsulovdan aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən