Bu ölkədə yanacaq daşıyan maşın partladı - 99 ölü, 100-dən çox yaralı

Sierra Leone paytaxtında yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 99 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Redaktor.az xəbər verir ki, şəhər meri öz feysbuk səhifəsində bildirib ki, ölən və yaralılar tankerdən axan yanacağı toplamaq üçün avtomobilə yaxınlaşan zaman partlayış baş verib.
Qeyd edək ki, partlayışdan əvvəl yanacaqla dolu avtomobil yol nəqliyyat hadisəsi törədib.