Goranboyda sərxoş sürücü qəza törətdi - özü xəsarət aldı

 21:22 06.11.2021     852

“VAZ 2107” markalı avtomobili idarə edən sürücü “KamAZ” markalı yük maşınına çırpıb.

Redaktor.az xəbər verir ki, hadisə Yuxarı Ağcakənd qəsəbəsi yaxınlığında baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan minik maşınının sürücüsü, 1989-cu il təvəllüdlü Kərimov Alqayıt Yusif oğlu ağır xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə o, avtomobili sərxoş vəziyyətdə idarə edib.

Faktla bağlı araşdırma aparılır (apa).