Qaxda qaydaları pozan sürücülər cərimələndilər

 11:54 07.11.2021     251

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

Redaktor.az  xəbər verir ki, keçirilən tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülər aşkarlanıb və yol verdikləri qayda pozuntuları onlara izah olunub.

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb (azərtac).