Cəbrayılda təsərrüfatla məşğul olan şəxs minaya düşdü

 21:01 07.11.2021     384

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.