Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana TƏBRİK

 12:32 08.11.2021     4604

Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Redaktor.az xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində edilən paylaşımda deyilir:

“Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən Azərbaycan türkü qardaşlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Türkiyə və Azərbaycan tək millət, iki dövlət olaraq bir və bərabər olmağa davam edəcək”.