Pakistan parlamentariləri Qənirə Paşayevanı təbrik etdi - FOTO

Pakistan İslam Respublikası parlamentinin hər iki palatası - Senat və Milli Assambleya Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Qənirə Paşayevanı Zəfər Günü münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, millət vəkili təbrik üçün dost və qardaş ölkə parlamentarilərinə təşəkkürünü çatdırıb.
"Dost və qardaş ölkə parlamentinin hər iki palatası ilə sıx əməkdaşlıqdan məmnunluğumuzu bildirir, Pakistan xalqına firəvanlıq, əmin-amanlıq diləyirəm!", - deyə Qənirə Paşayeva bildirib.

