Son sutkada cəmi 193 nəfərə peyvənd vurulub

 19:19 08.11.2021     162

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 193 vaksin vurulub.

Redaktor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadla xəbər verir ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 164 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 917 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 997 514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 435 101, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 485 126 təşkil edir.