Kərim Şükürovun vəziyyəti kritikdir

 19:38 08.11.2021     378

AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun vəziyyəti ağır olaraq qalır.

Redaktor.az xəbər verir ki, bu barədə "apa"ya onun qızı Lalə Şükürova bildirib.

Onun sözlərinə görə, bu gün atasını KT müayinəsindən keçirbilər: “Ağciyərlərində 70-80 faiz "buzlaşma" var. Vəziyyəti kritikdir".

L. Şükürova bildirib ki, K. Şükürov süni tənəffüs aparatındadır.

Qeyd edək ki, Kərim Şükürov 1 həftə əvvəl koronavirusa yoluxub. Dünən vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.