Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rənglərinə büründü

Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Bu barədə Redaktor.az-a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək sözləri” əks olunub.