Türk Şurası Azərbaycanı təbrik etdi

 11:00 09.11.2021     175

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 9 Noyabr - Bayraq Günü münasibətilə paylaşım edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türk Şurasının tvitter hesabında paylaşım edilib.

"Türk Şurası olaraq qurucu üzvümüz, hazırkı sədrimiz Azərbaycan Respublikasının Dövlət Bayraq Gününü ən səmimi arzularla təbrik edir, Azərbaycanın bayrağı, torpağı və xalqıyla birgə əbədi olaraq var olacağına ümid edirik", - deyə təbrikdə qeyd olunub.