BDU-nun professoru vəfat etdi - FOTO

 12:21 09.11.2021     503

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.

BDU-dan Redaktor.az-a verilən məlumata görə, professor 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Xəlilov 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 2003-cü ildən BDU-nun Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru olub.
Müxtəlif illərdə bir çox Beynəlxalq elmi konfranslarda iştirak edib.

2