Zakir Həsənov Rusiyaya getdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov noyaabrın 9-da Rusiyanın paytaxtı Moskvaya yola düşüb.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfərdə məqsəd Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
İclas noyabrın 10-da keçiriləcək.