Prezidenti niyə iki dövlət başçısı təbrik etdi? - Zahid Oruc: "Qorxaq kimi mövqeləri görməkdəyik"

 16:23 11.11.2021     2779

Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən müharibəsində qəhrəman ordusununun qələbəsi ilə bitən haqq savaşının birinci ildönümünü qeyd etdi. Zəfər ildönümünün ilk bayramı kimi tarixə düşən 8 noyabr - Zəfər Günündə dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı siyasi-diplomatik danışıqlar və ordumuzun hərbi əməliyyatlar nəticəsində əldə etdiyi qələbə münasibətilə təbrik məktubları və zəngləri aldı. Maraqlıdır ki, təbrik edənlər arasında cəmi iki dövlət başçısı var idi.

Belə ki, Vətən müharibəsində Azərbaycana dəstək olan qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edərək Zəfər Günü təbriklərini çatdırdı.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Prezident İlham Əliyevə Azərbaycanın xüsusi əhəmiyyətli günündə təbrik məktubu ünvanladı.

Qeyd edək ki, başqa bayram günlərində Prezidentə çoxsaylı ölkələrdən təbriklər daxil olur. Zəfər Günündə isə iki ölkə rəhbərindən təbrik gəlməsi, qonşu İranın, eləcə də digər dövlətlərin susqunluğu suallara yol açır. Bütün bunları bu və digər ölkələrin qələbəmizi həzm etməmələri ilə əlaqələndirmək olarmı?

Milli Məclisin deputatı Zahid Oruc mövzu ilə bağlı Redaktor.az-a bildirdi ki, müstəqillik günləri, yaxud min illərdən gələn dini bayramlar və fərqli xarakterli siyasi yönlü günləri çıxmaq şərtilə bir sıra hallarda müharibə ilə müəyyənləşmiş təqvimlər ətrafında bir sıra dövlətlərin özəl protokolları mövcuddur:

"Biz siyasi konteksdə qəbul edə bilərik ki, protokollar tərtib edilərkən hansı xarakterli günlərin təbrik edilməsi bununla əlaqədardır. Dövlətlərə məktubların göndərilməsi, müraciətlərin edilməsi şübhəsiz ki, müxtəlif beynəlxalq sənədlərlə tənzimlənməklə bərabər ölkələr arasındakı münasibətlərin səviyyəsindən, dostluq əlaqələrinin, yaxud neytral münasibətlərin durumundan asılı olur. Əksər hallarda biz görürük ki, Azərbaycan dövləti də bir sıra hallarda iki ölkə arasındakı münasibətlərin konsantasiyasından çıxış edərək professional yanaşmalar sərgiləyir. Lakin indiki halda biz qələbəmizin bir ili ərəfəsində də dünya siyasətinin amansız reallıqlarını görməkdəyik. Adətən dövlət başçısı bütün müharibənin yalnız hərbi meydanda deyil, siyasi, iqtisadi, regional, beynəlxalq əlaqələr, diplomatik, informativ ağrılarını da çiyinlərində daşıyarkən qeyd etdiyiniz ölkələrin amansız mənafe savaşlarını bağlı qapılar arxasında dilə gətirdikləri maraqları, tələbləri, niyyətlərini görür və buna görə həmin siyasətin bəlli prinsiplərini onların hansı niyyətlərdən doğduğunu daha yaxşı görür. Bir illik dövr, o cümlədən 44 günlük Zəfər Hərəkatımız bizim üçün həm də bu nöqteyi-nəzərdən çox qiymətlidir ki, Azərbaycan insanları növbəti dəfə siyasi yetkinlik prosesini yaşadılar. Nəinki bölgəni, dünyanı əhatə edən, onun gələcək təhlükəsizliyinə təsir göstərən, bütövlük hadisəsi, ədalət, ləyaqət uğrunda mübarizənin ən yüksək tribunalardan dəfələrlə deklarasiya olunsa da, müxtəlif siyasətçilərin liderlərin dilindən eşidildiyi halda əsil gerçəklikdə onların necə bir neçə standartlar əsasında hərəkət etdiklərini gördülər. Biz bir millət olaraq qardaş Türkiyənin, onun liderinin, dövlət elitasının, hökümətinin, Müdafiə Nazirliyinin ən mühüm siyasi mövqelərini, mənəvi yardımını, bütövlükdə türk qardaşlarımızın dəstəyini görməyimizə rəğmən digər dövlətlərdən son dərəcə ehtiyatlı, həddindən artıq gözləmə mövqeyindən də oyana bir sıra məqamlarda qorxaq kimi dəyərləndiriləcək mövqeləri görməkdəyik. Bu isə onların müxtəlif dairələrin qəzəbinə gələ biləcəklərini düşünməsi ilə bağlıdır. Məsələ qəti şəkildə Ermənistanın tərəfini tutmaq anlamına gəlmir. Bu gün erməni siyasətçilərinin dilindən daha pessimist mövqeləri görməkdəyik. Onlar deyirlər ki, dünya ictimaiyyəti onları unudub, dövlətlər onlara yardım etmir, ermənılər siyasi arenada tək qalıblar, ətraf düşmənlərlə doludur və s. Təbii ki, bu onların öz düşüncələridir. Belə olan şəraitdə başqa dövlətlər onlara mütləq əl uzatsın, hərbi qüvvələrini yetirsin və Azərbaycanla savaş aparsın və s".

Zahid Oruc bildirdi ki, təbrik məsələsində də bir çox dövlətlər və onların liderləri bu təbrik məktublarını, müraciətlərini göndəmədikləri halda, bunu parlament səviyyəsində müxtəlif siyasətçilər, biznes dairələri, iqtidar qüvvələri, ictimai nüfüzlü şəxlərin vasitəsilə edirlər.

"Burada niyyətlər daha çox bununla bağlıdır ki, Azərbaycanın regional gücünün artması, bunun hərbi siyasi cəhətdən etirafı, qəbullanması, qələbəmizin beynəlxalq regitimliyinin tanıdılması, təbii ki, bu heç bir halda şübhə doğurmur. Öz özlüyündə bu, türk dünyasının, Azərbaycanın daha da güclənməsinə regional ambisiyalarının artmasına səbəb ola bilər. Yəni, bu məsələlərdə biz onlarla hökümətdən, onların müxtəlif yetkillərindən, təmsilçillərindən, yaxud parlament rəhbərlərindən aldığımız mühüm təbrik məktblarına, yaxud xarici ölkə rəhbərlərindən göndərilmiş ümumi bir sıra hallarda sırf savaşın qalibi kimi deyil, amma regionda sülhün təhlükəsizliyin təmin olunduğunu işarə etmək, bölgənin gələcəyinə dair ümumi xoşgörünü ifadə edən, bir sıra hallarda bəzən trafaret xarakterli müraciətlərini də görməkdəyik. Lakin qətiyyən bu bizim qələbəmizin böyüklüyünə, zəfərimizin əzəmətinə xələl gətirməz. Azərbaycan bu savaşa atılarkən nəinki o dövlətlərin təbrikini, hətta onların real olaraq yanımızda dayanıb savaşını da tələb etmirdik. Biz müharibəni qazanacağımıza əmin idik. Zəfərimizin beynəlxalq miqyasda bundan sonrakı dövrdə daha güclü bir şəkildə təqdimatı millətimizin və dövlətimizin qarşısında dayanan ən mühüm vəzifədir. Ordu bu qələbəni qazanıb, indi siyasətçilər hərbi ekspertlər, o cümlədən diplomatlar media və medianın əsas liderləri, təmsilçiləri, nümayəndələri bütün dünya azərbaycanlıları və türk dünyasının nüfüzlu insanları hamısı bu yöndə atacağı addımlarla bu il beynəlxalq məkanda bir daha özünü ərazi bötüvlüyümüzü bərpa etməyimizin yalnız lokal olaraq Azərbaycan daxili hadisə olmadığnı, bunun qlobal nəticələrinin və dünyanın təhlükəsizliyi, sülhü üçün müsbət addımını vurğulamalıyıq. Mən düşünümrəm ki, bu, mütləq olaraq bütün ölkələrə aid edilə bilər ki, Avropanın bölgədə maraqları olan, konkret olaraq ya Ermənistan, ya Azərbaycanla ikitərəfli iqtisadi ticarət dövriyyəsi yetərincə aşağı durumda olan dairələri məhz ya qısqanclıq göstərməsi, ya qələbəni qəbul etməmək, ya şübhəçi bir mövqedə dayanmaq, yaxud da bunu Qarabağ ermənilərinin taleyi ilə əlaqələndirmək niyyəti güdmür. Bu da onunla bağlıdır ki, müxtəlif qlobal siyasi oyunçular bu regionda Qarabağ məsələsi ətrafında öz savaşını aparırlar. Onların da konkert olaraq məsləyə fərqli baxışları var. Yəni, Minsk qrupu arasında Qarabağdan kənarda müharibə gedir. Qafqazdakı hadisə bunun yalnız bir elementidir. Azərbaycan özünü bu savaşdan çıxarmaqla Rusiyaya da, Fransaya, Amerikaya da bəyan edir ki, siz bizim bölgədəki torpaq və etnik milli savaşa toxunmayın, artıq bu problemi bizim dövlətimiz, xalqımız, ordumuz həll etdi. Buna görə də təbrik nitqlərinə, müraciətlərinə əl atmayan dairələr artıq həll olunmuş münaqişənin üzərində hələ savaş aparan, müxtəlif məkrlərini həyata keçirən dövlətlərə baxıb bir qədər sanki gözləmə mövqeyinə çəkilirlər. Onlar düşünürlər ki, Azərbaycanı daha açıq bir mətnlə təbrik etdiklərində, bu necə reaksiyalar doğuracaqdır və eyni dərəcədə bunu başqa ölkələrə münasibətdə ortaya qoyurlar. Amma Ermənistan hərbi meydanda tək qaldı və təkdir. İndi də eyni zamanda siyasi məkanda Azərbaycan onlara ciddi zərbə vurub. Bizim üçün ən böyük təbrik bunun dünyada haqq və ədalət tərəfdarları olan insanlar tərəfindən qiymətləndirilməsidir. Ən önəmli məsələ əsgərimizin, zabitimizin və o məkana dönəcək xalqımızın, millətimizin qələbəyə olan qiymətidir. Buna görə müxtəlif dövlətlərin, hökümətlərin rəhbərlərinin balanslı, əksər hallarda ehtiyatlı, bəzən gözləmə mövqeyi sayılacaq yanaşmaları qəti şəkildə bizi narahat etməməlidir”, - deyə Zahid Oruc bildirib.

Nuranə TOFİQLİ

Vumart və Güvən reklamı Vumart Güvən