Son sutkada nə qədər vaksin vurulub? - FOTO

 16:42 09.11.2021     102

Azərbaycanda son sutkada koronavirus əleyhinə 11 197 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə 3 376, “Buster” doza üzrə 5 752 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə 4 438 477, “Buster” doza üzrə isə 490 878 nəfər təşkil edir.

2