Komitə sədri Fuad Məmmədovu təbrik etdi

 16:55 09.11.2021     108

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "SİMURQ" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli kulturoloq  Prof.Dr. Fuad Məmmədovla görüşüb.

Redaktor.az xəbər verir ki, deputat onu 75 illik yubileyi münasibəti ilə təbrik edib:

"Siz dünya mədəniyyəti və sivilizasiyası məsələləri üzrə ölkə xaricində də tanınan, ölkəmizi beynəlxalq elmi simpoziumlarda, nəşrlərdə ləyaqətlə təmsil edən alimsiz. Sizin tələbələriniz, yetişdirdiyiniz mütəxəssislər açdığınız cığırla irəliləyərək, tarix, kulturologiya elmimizdə, vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələri ilə seçiliməkdədir.

Milli və beynəlxalq idarəetmə mədəniyyəti, insanın həyatfəaliyyəti mədəniyyəti, dünya mədəniyyəti və sivilizasiyasının tarixi Sizin əsas tədqiqat obyektlərinizdir. 

Siz mədəniyyət, elm tarixi və nəzəriyyəsindən 200-dən artıq elmi və elmi-maarif işlərinin, Azərbaycan cəmiyyətinin çağdaşlaşması və sosial tərəqqisinə yönəlmiş müddəaların, layihələrin müəllifi, tərtibatçısısız. 

Çox şadıq ki, bu ilki yubileyiniz Qarabağda işğal mədəniyyətsizliyinə son verib, quruculuq-abadlıq mədəniyyətinə başlamağımızla eyni dövrə təvafüq edir. 

Sizi, Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, möhkəm can sağlığ, elmi, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm"! 

Q.Paşayeva yubilyara Xalq rəssamı Arif Hüseynovun etnoqrafik məzmunlu əsərini bağışlayıb.

F.Məmmədov səmimi qəbul və təbrik üçün Komitə sədrinə təşəkkür edib.

22