Ceyhun Bayramov da şeirlə təbrik etdi

 17:20 09.11.2021     276

Xarici işlər naziri Ceyhun Bayramov Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Redaktor.az xəbər verir ki, XİN rəhbəri bu barədə tviter hesabında paylaşım edib. O bildirib ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur:

“Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi təbrik edirik! Üçrəngli bayrağımız həmişə qürurla dalğalansın”.

Nazir daha sonra paylaşımına Xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindən kiçik bir hissə əlavə edib:

“Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq-öz yurduma öz hakimliyim”.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycanı Bəxtiyar Vahabzadənin şeiri ilə təbrik etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən