Sarkisyanla Köçəryan Xankəndiyə gəlib

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sarkisyan Xankəndiyə gəliblər.
Redaktor.az erməni mediasına istinadla xəbər verir ki, eks-prezidentlərin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisinə gəlməsinə səbəb Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirakdır.
Qeyd edək ki, Sarkisyanın anası 93 yaşında Xankəndidə ölüb.