"Poladın general yoldaşlarından mənimlə maraqlanan olmayıb" - Səmayə Həşimova

 08:00 10.11.2021     380

"Bizimlə daha çox əlaqə saxlayan, danışan xalqımdır".

Redaktor.az xəbər verir ki, bunu "unikal.org"a açıqlamasında Tovuz döyüşlərində şəhid olan general-mayor, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova deyib. Mərhum generalımız Polad Həşimovun general həmkarlarından Səmayə ananı Zəfər Günü ilə bağlı təbrik edənlərin olması sualına gəlincə, S.Həşimova bildirib ki, xeyr, general həmkarlarından əlaqə saxlayan olmayıb.

"Nə zəng edən, nə də maraqlanan olub. Generallardan bizə heç kim gəlməyib. Nə Zəfər Günü, nə də Zəfər Günündən əvvəl", - S.Həşimova qeyd edib.