Azad olunmuş ərazilərdə qulluq edən hərbçilərin xərcləri artırılıb - Nazir

 11:29 10.11.2021     252

“İşğaldan azad olunmuş ərazilərdə qulluq edən hərbi qulluqçular üçün əməyin ödənişi fondunun xərcləri 761 milyon manat artırılıb”.

Redaktor.az xəbər verir ki, bunu illi Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların evlə təmin olunması üçün vəsait ayrılması nəzərdə tutulub: “2022-ci ildə də sosialyönümlü xərclər dövlət büdcəsində ən çox yer alan xərclər sırasındadır”.