Amnistiya Aktının icrasına başlanıldı

 16:51 10.11.2021     187

8 noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: "Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək".