Zakir Həsənov Moskvada toplantıda - FOTO

 18:14 10.11.2021     877

Rusiyada işgüzar səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

 


Vumart və Güvən reklamı Vumart Güvən