Mayis Piriyev yeni vəzifəyə təyin olundu

 18:47 10.11.2021     123

Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Redaktor.az xəbər verir ki, maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub.

O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.

M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.

Mayis Piriyev məlumatı təsdiqləyib. 

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.