Hava ilə bağlı dənizdən 70 neftçi təxliyə olundu

 19:38 10.11.2021     244

“Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib”.

Redaktor.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, açıq səthlərdə aparılan işlər dayandırılıb:

“70 nəfər əməkdaşımız təxliyyə olunub”.

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.