Meriyadan paytaxtda küləyin aşırdığı ağaclarla bağlı AÇIQLAMA - FOTO

 21:58 10.11.2021     264

Güclü külək Nərimanov rayonu ərazisində ağacları aşırıb.

Redaktor.az xəbər verir ki, rayonun Ceyhun Hacıbəyli küçəsindəki poliklinikanın yaxınlığında irigövdəli ağac aşaraq piyadaların yolunu kəsib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək səbəbindən paytaxtda müxtəlif ünvanlarda ümumilikdə 25 ağac aşıb.

Qeyd edilib ki, hazırda aşan ağacların küçələrdən təmizlənməsi ilə bağlı əməkdaşlar tərəfindən tədbirlər görülür (oxu.az).