ASCO: "Günün II yarısında gəmilərin hərəkəti bərpa olunacaq"

 10:35 11.11.2021     263

Bu günün II yarısında küləyin səngiyəcəyi gözlənilir. Həmin vaxtdan “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ASCO-dan bildirilib.

"Hava şəraitinin küləkli olduğu təqdirdə isə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir. Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur", - deyə qurum bəyan edib.