"Azəriqaz" rəhbərinin jurnalistlərlə növbəti görüşü olacaq

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 12 noyabr saat 14:00-dan 15:00-dək keçiriləcək.
Qurumdan Redaktor.az-a verilən məlumata görə, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev cavablandıracaq.
